"Neftçi”nin hazırlıq planı müəyyənləşib

  30 Noyabr 2019    Oxunub : 738
"Neftçi”nin hazırlıq planı müəyyənləşib
"Neftçi” klubunun qış fasiləsindəki hazırlıq planı müəyyənləşib.
Azvision.az klubun rəsmi saytına istinadən xəbər verir ki, gələn il yanvarın 7-də Bakıda bir araya gələcək komandanın üzvləri ayın 8-dən 10-dək fiziki testlər verəcəklər.

Yanvarın 11-dən 25-dək Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı keçirəcək "ağ-qaralar” Manavqat bölgəsində yerləşən "The Sense De Luxe” otelində məskunlaşacaqlar.

"Neftçi” qardaş ölkədə 3 yoxlama görüşü keçirməyi planlaşdırır. Oyunlar yanvarın 15-də, 20-də və 24-də baş tutacaq. İlk rəqib Polşanın "LKS Lodz” klubu olacaq. Digər rəqiblər daha sonra bəlli olacaq.

Azvision.az

Teqlər: Neftçi   Futbol