“Keşlə” öz meydanında qələbə qazandı

  30 Noyabr 2019    Oxunub : 918
“Keşlə” öz meydanında qələbə qazandı
Futbol üzrə Azərbaycan Premyer Liqasında 13-cü turun oyunları davam edir.
Azvision.az xəbər verir ki, günün ikinci görüşündə “Keşlə” öz meydanında “Sumqayıt”ı qəbul edib. “ASCO Arena”da keçirilən qarşılaşma “Keşlə”nin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, bu oyundan sonra xallarının sayını 22-yə çatdıran “Keşlə” turnir cədvəlində ikinci yerə yüksəlib. “Sumqayıt” isə 17 xalla dördüncü pillədədir.

Azvision.az

Teqlər: Keşlə   Sumqayıt