“Liverpul” və “Tottenhem”dən inamlı qələbə

  30 Noyabr 2019    Oxunub : 1673
“Liverpul” və “Tottenhem”dən inamlı qələbə
İngiltərə Premyer Liqasında 14-cü turun oyunlarına start verilib.
Azvision.az xəbər verir ki, turun açılış matçında “Mançester Siti” səfərdə “Nyukasl Yunayted” klubunun qonağı olub. Görüş heç-heçə (2:2) başa çatıb.

Çempionluğa iddialı olan “Liverpul” öz meydanında “Brayton”u 2:1 hesabı ilə məğlub edib. Joze Mourinyonun rəhbərlik etdiyi “Tottenhem” isə “Bormunt” komandasına qalib gəlib - 3:2.

Günün digər görüşündə “Çelsi” öz meydanında “Vest Ham”ı qəbul edib. Qarşılaşma rəqib komandanın minimal hesablı qələbəsi ilə yekunlaşıb.

Azvision.az

Teqlər: Premyer-Liqa