Avstraliya qoşunlarını Əfqanıstandan çıxardı

Avstraliya qoşunlarını Əfqanıstandan çıxardı
  16 Dekabr 2013    Oxunub:1040
Avstraliyanın baş naziri Toni Ebbott: “Avstraliya müharibə üçün böyük qurbanlar verib”.
AzVision.az Qərb mətbuatına istinadən xəbər verir ki, Avstraliya Əfqanıstandakı ən böyük hərbi bazası olan Tarinkotu bağlayıb. Ölkədən sonuncu hərbi birləşmələr çıxardılıb.

Sidneydə jurnalistlərin suallarını cavablandıran Avstraliya baş nazir Toni Ebbott ölkəsinin verdiyi qurbanlardan danışıb.

“Avstraliya müharibə üçün böyük qurbanlar verib. Amma inanıram ki, bu qurbanlar əbəs deyildi”.

Avstraliya kontingentinin xidmət göstərdiyi Uruzqan vilayətində 10 il ərzində situasiyanın müsbətə doğru dəyişdiyini, infrastrukturun yaxşılaşdığını xatırladan Ebbott ölkəsinin bundan sonra da Əfqanıstana yardım edəcəyi vədini verib. Yaşıl ada hər il Əfqanıstana 89 milyon dollar maliyyə yardımı ayıracaq.

Xatırladaq ki, 2001-ci ildən Əfqanıstanda xidmət edən Avstraliya qoşunları 2005-ci ildən Tarinkot hərbi bazasını idarə edirdilər. Ümumilikdə, 12 illik kompaniyadan 25 min avstraliyalı hərbi qulluqçu burda xidmət keçib. Onlardan 40 nəfər xidmət zamanlı həlak olub, 261 nəfər isə yaralanıb.

Vüqar İsmayılov


Teqlər:  





Xəbər lenti