London körpüsündəki terroru İŞİD törədib

  01 Dekabr 2019    Oxunub : 1178
London körpüsündəki terroru İŞİD törədib
Londonun mərkəzində törədilmiş terror aktının məsuliyyətini İŞİD qruplaşması üzərinə götürüb.
Azvision.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Qeyd edilib ki, noyabrın 29-da günorta saatlarında bıçaqla silahlanmış şəxs London körpüsündə insanlara hücum edib. Hadisə nəticəsində iki nəfər ölüb, üç nəfər yaralanıb. Əraziyə cəlb olunan polislər müqavimət göstərən cinayətkarı güllələyərək öldürüblər. Terrorçunun 28 yaşlı Usman Xan olduğu aydınlaşıb.

Azvision.az

Teqlər: