İlham Əliyev çex səfiri qəbul edib
AzVision.az xəbər verir ki, dövlət başçısı ötən dövr ərzində Azərbaycanla Çexiya arasında əlaqələrin uğurla inkişaf etdiyini vurğulayıb, Radek Matulanın Azərbaycan-Çexiya ikitərəfli münasibətlərinin inkişafına verdiyi töhfəni qeyd edərək gələcək fəaliyyətində ona uğurlar arzulayıb.
Öz növbəsində, səfir R. Matula Azərbaycanda Çexiya səfirliyinin fəaliyyətə başlamasının, ölkəsinin baş nazirinin və Senat sədrinin Azərbaycana səfərlərinin və digər tədbirlərin keçirilməsinin münasibətlərin genişləndirilməsi baxımından əhəmiyyətini qeyd edib.
Teqlər: