“Neftçi” ikincilik şansını əldən verdi

  01 Dekabr 2019    Oxunub : 1325
“Neftçi” ikincilik şansını əldən verdi
Futbol üzrə Azərbaycan Premyer Liqasında 13-cü turun daha bir oyunu keçirilib.
Azvision.az xəbər verir ki, turun ikinci günündə “Səbail” və “Neftçi” klubları üz-üzə gəlib. "ASCO Arena"da baş tutan matçda qapılara qol vurulmayıb. Komandalar hərəyə bir xalla kifayətlənməli olublar.

Qeyd edək ki, bu görüşdən sonra xallarının sayını 22-ə çatdıran "Neftçi" turnir cədvəlində 3-cü pillədə yer alıb, "Səbail" isə 12 xalla sonuncu sırada qərarlaşıb.

Azvision.az

Teqlər: Neftçi   Səbail