Ağ Ev impiçment dinləmələrində iştirak etməyəcək

  02 Dekabr 2019    Oxunub : 988
Ağ Ev impiçment dinləmələrində iştirak etməyəcək
Ağ Ev dekabrın 4-də Nümayəndələr Palatasının Məhkəmə işləri üzrə komitəsində Donald Trampa qarşı keçiriləcək impiçment dinləmələrində iştirak etməyəcək.
Azvision.az xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb.

"Hazırki şəraitdə çərşənbə günü keçiriləcək dinləmələrdə iştirak etmək niyyətimiz yoxdur", - deyə Ağ Evin hüquq məsləhətçisi Pet Çipollonenin Nümayəndələr Palatasının komitə rəhbərinə məktubunda deyilir.

Ötən həftə Məhkəmə komitəsinin rəhbəri Cerrold Nadler ABŞ Prezidenti Donald Trampı dekabrın 4-də impiçmentlə bağlı məhkəmə iclasına dəvət edib. O, həmçinin Trampdan onu komitədə təmsil edəcək vəkilin namizədliyini irəli sürməsini istəyib.

Daha əvvəl Tramp impiçment məsələsinə baxılması çərçivəsində Konqresdə ifadə verəcəyini istisna etməyib.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Tramp   Ağ-Ev