Türkiyənin Van şəhərində 4 bal gücündə zəlzələ baş verib.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, zəlzələ Türkiyə vaxtı ilə saat 13:58-də baş verib. Yerin 5 kilometr dərinliyində baş verən zəlzələ Vanın mərkəzində, qəsəbə və kəndlərdə hiss olunub. Hadisə nəticəsində dağıntı və insan tələfatı olmayıb.