Türkiyənin 2 əsgəri şəhid olub

  03 Dekabr 2019    Oxunub : 877
Türkiyənin 2 əsgəri şəhid olub
Türkiyənin İraq və Suriyada həyata keçirdiyi “Pəncə-3” və “Sülh çeşməsi” hərəkatı bölgəsində iki əsgər şəhid olub.
Azvision.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, minaatanlardan açılan atəş nəticəsində bir hərbçi isə ağır yaralanıb. Yaralı əsgər xəstəxanaya yerləşdirilib.

Nazirlik şəhidlərin ailələrinə və Türkiyə xalqına başsağlığı verib.

Azvision.az


Teqlər: Türkiyə   Şəhid