27 yaşlı tələbə nazir oldu

27 yaşlı tələbə nazir oldu
  16 Dekabr 2013    Oxunub:1193
27 yaşlı Sebastyan Kurts hələ təhsilini tam başa çatdırmayıb.
Ölkə XİN-in ən gənc rəhbəri olan Kurts bu postda mərkəz-sağçı Avstriya Xalq Partiyasının lideri, vitse kansler Mixael Şpindelegger əvəzləyib.
Kurtsun siyasi karyerası 17 yaşında Xalq Partiyasının üzvü olmaqla başlayıb. Gənc siyasətçi 23 yaşında Vyana komitəsinin rəhbəri seçilib.
2011-ci ildə isə inteqrasiya üzrə Dövlət Katibi vəzifəsinə gələn Kurtsun təyinatı o zaman çoxlarında təəccüblə qarşılanmışdı.

AzVision.az


Teqlər:  





Xəbər lenti