Paşinyan Ermənistan rəsmilərini Bakıya göndərir
Azvision.az erməni mətbuatına istinadən xəbər verir ki, nümayəndə heyətinə Ərazi İdarəetmə və İnfrastruktur nazirinin müavini Armen Simonyan, Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyinin Yol nəqliyyat siyasəti idarəsinin şöbə müdiri Arman Karapetyan və Ermənistan Xarici İşlər Nazirliyinin nümayəndəsi Artem Aznauryan daxildir.
Qeyd edək ki, TRACECA Avropa İttifaqı tərəfindən 1993-cü ildə təklif edilən çoxtərəfli əməkdaşlıq proqramıdır. Hökumətlərarası komissiya 2000-ci ildə yaradılıb.
Pərvanə Sultanova
Azvision.az
Teqlər: Ermənistan Paşinyan