Gürcü nazirdən etirazçılara isti su vədi

 Gürcü nazirdən etirazçılara isti su vədi
  03 Dekabr 2019    Oxunub:2674
Gürcüstanın daxili işlər naziri Vaxtanq Qomelauri növbəti dəfə aksiyaların dağıdılması zamanı etirazçılara qarşı isti su olan toplardan istifadə ediləcəyinə söz verib.

Azvision.az xəbər verir ki, bunu gürcü nazir jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, rəhbərlik etdiyi qurumun əməkdaşları aksiyalarda maksimum dərəcədə heç kimin xəsarət almamasına səy göstərir, lakin müxalifət polisi güc tətbiq etməyə məcbur edir.

"Tez-tez olur ki, biz heç bir müdaxilə etmirik, çox vaxt dəyənəklərdən, rezin güllələrdən, qazdan istifadə etmirik. İki dəfə su şırnaqlarından istifadə etmişik, buna görə bizi söydülər ki, belə soyuqda sudan necə istifadə etmək olar. İndi suyu isidib və isti sudan istifadə etməyə çalışırıq. Biz hərəkət edirik, bəyənmirlər, hərəkət etmirik, yenə də bəyənmirlər. Bu cür işləmək çətindir. Mümkün qədər çalışırıq ki, insanlar əziyyət çəkməsin, toqquşma olmasın", - deyə Qomelauri qeyd edib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Gürcüstan   Etiraz   Aksiya  





Xəbər lenti