BMT Baş Assambleyasından İsrailə Qolan tələbi

BMT Baş Assambleyasından İsrailə Qolan tələbi
  04 Dekabr 2019    Oxunub:3175
BMT Baş Assambleyası İsrailin işğal olunmuş Qolan yüksəkliklərini tərk etməsini tələb edən qətnamə çıxarıb.
Azvision.az "Ria Novosti"yə istinadən xəbər verir ki, 91 dövlət sənədin lehinə, 9-u əleyhinə səs verib, 65 dövlət isə bitərəf qalıb.

Sənədə əsasən, İsrail BMT Təhlükəsizlik Şurasının müvafiq qətnaməsinə uyğun olaraq, Suriyanın Qolan yüksəkliklərinin bütün işğal edilmiş hissəsini tərk etməyə və 4 oyun 1967-ci il tarixindək mövcud olmuş xəttə çəkilməyə çağırılıb.

Baş Assambleya İsrailin 1981-ci ildə Qolan yüksəkliklərini öz ərazisinə qatdığını rəsmən elan edən qərarın heç bir hüquqi əsası olmadığını bəyan edib. Qətnamə müəllifləri qeyd ediblər ki, Qolanın davam edən işğalı və de-fakto ilhaqı bölgədə ədalətli, hərtərəfli və davamlı sülhün əldə olunması yolunda bir maneədir.

BMT Baş Assambleyası İsraili Suriya və Livan istiqamətində danışıqları bərpa etməyə və əvvəlki danışıqlar zamanı razılaşdırılmış öhdəlik və zəmanətlərə hörmət göstərməyə çağırıb.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: BMT   Qolan   İsrail  





Xəbər lenti