Məhsəti Gəncəviyə film çəkilib
Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, dekabr 18-də, saat 19:00-da Nizami Kino Mərkəzində orta əsrlər Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, 2013-cü ildə 900 illik yubileyi UNESCO tərəfindən qeyd edilən, Məhsəti Gəncəviyə həsr olunmuş "Sirli bənövşə" sənədli-bədii filmin təqdimatı olacaq.
Azərbaycan Prezidenti İlham Əliyevin "Məhsəti Gəncəvinin yaradıcılığının 900 illik yubileyinin keçirilməsi haqqında" sərəncamının icrasına uyğun olaraq, dövlət sifarişi ilə "Yaddaş" sənədli filmlər studiyasınada çəkilən filmin quruluşçu rejissoru Şamil Nəzəfzadə, ssenari müəllifləri Sara Oğuz Nəzirova və Şamil Nəcəfzadə, quruluşçu operatoru Nizami Abbas, bəstəkarı Cahangir Zülfüqarov, prodüseri Cavid İmamverdiyevdir.
Filmdə Günel Məmmədova, Bəhruz Vaqifoğlu, Əjdər Zeynalov, Hacıbaba Məmmədov və İlqar Musayev çəkiliblər.