Əl-Bağdadinin əmisi oğlu da tutuldu

Əl-Bağdadinin əmisi oğlu da tutuldu
  04 Dekabr 2019    Oxunub:1853
İŞİD-in məhv edilmiş lideri Əbu Bəkir əl- Bağdadinin əmisi oğlu və müavini həbs edilib.
Azvision.az xarici mətbuata istinadən xəbər verir ki, onun İraqın Kərkük şəhərində tutulduğu bildirilib.

"Əl-Sumaria" kanalı İraq Təhlükəsizlik Xidmətinə istinadən məlumat yayıb ki, polis "İbn Xaldun" ləqəbli terrorçunu mənzillərin birində yaxalayıb.

İbn Xaldun və ya Hamid Şaker Sabaa əl-Badri Salah əl-Din əyalətinin hərbi əmiri və əl-Bağdadinin müavini hesab olunurdu.

Qeyd edək ki, oktyabrın sonlarında ABŞ Prezidenti Donald Tramp Əbu Bəkr əl-Bağdadinin Suriyanın İdlib əyalətində məhv edildiyini bəyan edib.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: İŞİD   Bağdadi   İraq  





Xəbər lenti