Ərəb şahzadə İrəvana investisiya yatırmaqdan imtina edib
Azvision.az xəbər verir ki, bu barədə “Çiçəklənən Ermənistan” partiyasının lideri Qaqik Tsarukyan bildirib. O deyib ki, mer Ayk Marutyan seçki kampaniyası zamanı İrəvan sakinlərinə verdiyi vədləri xatırlamalı və onların həyata keçirilməsi üzərində işləməlidir.
Qaqik Tsarukyan iddia edir ki, inqilabdan sonra onun dəvətilə Abu-Dabinin vəliəhd şahzadəsi və Birləşmiş Ərəb Əmirliklərindəki Rotana otellər şəbəkəsinin rəhbəri investisiya yatırmaq məqsədilə Ermənistana gəlib, lakin onun İrəvan meri baş memarı ilə görüşü uğursuz olub. Tsarukyanın sözlərinə görə, qarşı tərəf bu görüşdən məyus olub və yatırımlarını unudaraq geri dönüblər.
O, həmçinin qeyd edib ki, tərəfdaşları istənilən məbləği ödəməyə, qəzalı binalar almağa və yerlərində yeni obyektlər tikməyə razılıq veriblər.
Niyə imtina olunduğunu gəlincə, partiya sədri, “merdən və memarından soruşun ki, niyə investorlar yarım saat sonra məyus halda çıxıb gediblər”.
Xatırladaq ki, Paşinyanın yaxın dostu olan İrəvan meri daha əvvəl komediya aktyoru olub.
Pərvanə Sultanova
Azvision.az