Litva səfiri Türkiyə XİN-ə çağırıldı

  04 Dekabr 2019    Oxunub : 1219
Litva səfiri Türkiyə XİN-ə çağırıldı
Litva Prezidenti Qitanas Nausedanın qondarma “erməni soyqırımı” ilə bağlı açıqlamasından sonra bu ölkənin Ankaradakı səfiri Audrius Bruzqi Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.
Azvision.az xəbər verir ki, XİN-də səfirlə söhbət aparılıb, lakin rəsmi etiraz notası təqdim olunmayıb.

Qeyd edilir ki, bu görüş Prezident Nausedanın jurnalistlərə müsahibəsindən sonra baş tutub.

Belə ki, prezident həmin müsahibəsində deyib: “NATO-nun müttəfiqi olan Türkiyənin törətdiyi “erməni soyqırımını” Litva da tanıyıb. Bu yaxınlarda isə ABŞ Konqresi tərəfindən tanınıb. Türkiyə “soyqırım” faktını tanımır. NATO üzvü olan, holokostu tanımayan bir dövlət təsəvvür edə bilərsinizmi? Mən təsəvvür edə bilməzdim. Ancaq buna baxmayaraq, hesab edirəm ki, yaxın beş və ya on ildə Türkiyə bu “soyqırımı” tanıyacaq".

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Türkiyə   XİN   Litva