Qırğızıstan prezidenti: İlham Əliyevi gözləyirik
AzVision.az xəbər verir ki, Qırğızıstan prezidenti Almazbek Atambayev “Ala-Arça” Dövlət iqamətgahında 2013-cü ilin yekunları, yeni ildə qarşıda duran vəzifələrlə əlaqədar mətbuat konfransı keçirib.
Üç saat çəkən mətbuat konfransında prezident Qırğızıstanın siyasi, iqtisadi, mədəni həyatı ilə bağlı jurnalistlərin 60-dan artıq sualını cavablandırıb.
Bişkekdə nəşr olunan “Türkel” qəzeti müxbirinin Azərbaycan-Qırğızıstan əlaqələri ilə bağlı sualına “Azərbaycanla Qırğızıstan arasında əlaqələr durmadan inkişaf edir. 2014-cü ildə Azərbaycan Prezidenti İlham Əliyevin Qırğızıstana rəsmi səfəri gözlənilir. Səfər zamanı təbii ki, ölkələrimiz arasında əməkdaşlığın daha da dərinləşdirilməsi məsələləri diqqət mərkəzində olacaq. Görüşdə Bişkek-Bakı-Bişkek hava xəttinin açılması ilə bağlı da danışıqlar aparılacaq” deyə Almazbek Atambayev cavab verib.