Məmmədyarov Aİ-nin nümayəndəsi ilə görüşəcək

Məmmədyarov Aİ-nin nümayəndəsi ilə görüşəcək
  04 Dekabr 2019    Oxunub:2199
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Bratislavada ATƏT Nazirlər Şurasının iclası çərçivəsində Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə yeni ali nümayəndəsi Cozep Borellə görüşəcək.
Azvision.az xəbər verir ki, bu barədə Aİ-nin yaydığı məlumatda deyilir.

Məlumata görə, Borell digər “Şərq Tərəfdaşlığı” ölkələrinin - Ermənistan, Ukrayna, Belarus, Moldova, Gürcüstan xarici işlər nazirləri ilə də görüşəcək.

Onun Rusiyanın XİN rəhbəri Sergey Lavrovla da müzakirələr aparması planlaşdırılır.

Pərvanə Sultanova
Azvision.az


Teqlər:   XİN  





Xəbər lenti