300 kq-a yaxın ərzaq satışdan çıxarılıb

300 kq-a yaxın ərzaq satışdan çıxarılıb
  17 Dekabr 2013    Oxunub:1613
İstehlak bazarında 300 kq-a yaxın ərzaq malları satışdan çıxarılıb.
AzVision.az xəbər verir ki, Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən istehlak bazarında keçirilən növbəti monitorinqlər zamanı yararsız ərzaq məhsulları aşkar edilib.

İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Bakının Binəqədi və Xətai rayonlarında, Gəncə, Sumqayıt, Ağcabədi, Xudat, Quba, Göygöl şəhərlərində, Abşeron və Lənkəran rayonlarında aparılan yoxlamalar zamanı 300 kq-a yaxın saxlama müddəti ötmüş və ya normativ-texniki sənədlərin tələblərinə cavab verməyən ərzaq malları aşkar olunub, satışdan çıxarılaraq məhv edilib.

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.

İstehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda, 498-15-01 və 498-15-04 nömrəli telefonlarla Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti və Nazirliyin 195-2 Telefon Məlumat Mərkəzinə məlumat vermələri xahiş olunur.


Teqlər:  





Xəbər lenti