İnterpol axtarışına verilən iş adamı danışdı

İnterpol axtarışına verilən iş adamı danışdı
  17 Dekabr 2013    Oxunub:1451
“Axtarışa verilməyimlə bağlı məlumat yayılsa da, mənə heç kim müraciət etməyib. Hazırda Türkiyədəyəm. Azərbaycana gəlməzdən öncə vəkil tutmaq istəyirəm. Vəkil tutub pozulan hüquqlarımı bərpa edəcəm. Haqqımdakı qərardan apelyasiya şikayəti vermək hüququm var”. AzVision.az xəbər verir ki, bu sözləri “Axar.az”a açıqlamasında Azərbaycan tərəfindən “İnterpol”un axtarışına verilən türkiyəli iş adamı Metin Mehmet Ali Abdullah Vahab bildirdi. İş adamı axtarışda olmasına baxmayaraq, Azərbaycana gəlmək hüququnu özündə saxladığını dedi: “Azərbaycanda qalmaq üçün 4 illik oturum iznim var. Gələ bilmirəmsə, bu, haqqımda çıxarılan qərarla bağlıdır. Yaxın vaxtlarda günahsız olduğum isbat edilər”.

Xatırladaq ki, Türkiyə vətəndaşı olan 51 yaşlı Metin Mehmet Ali Abdullah Vahab vergidən yayınmaqda təqsirli bilinir. Onun saxlanılması üçün Azərbaycan beynəlxalq axtarış elan edib. Metin Mehmet Ali Abdullah Vahab Azərbaycanda sahibkarlıq fəaliyyəti ilə məşğul olub.

Qeyd edək ki, bu il Azərbaycan hüquq-mühafizə orqanları ölkədə sahibkarlıqla məşğul olmuş daha bir neçə türkiyəli iş adamı barəsində beynəlxalq axtarış elan edib. Onların hamısı vergidən yayınmaqda ittiham olunur.


Teqlər:  





Xəbər lenti