Ermənistanda nazir müavini rüşvət üstündə saxlanıldı

 Ermənistanda nazir müavini rüşvət üstündə saxlanıldı
  05 Dekabr 2019    Oxunub:2627
Ermənistanın Təhsil, elm, mədəniyyət və idman nazirinin müavini Qevorq Loretsyan, onun sürücüsü və futbol klublarından birinin rəhbəri həbs edilib.
Azvision.az xəbər verir ki, bu barədə Ermənistanın Milli Təhlükəsizlik Xidməti məlumat yayıb. Bildirilir ki, həmin şəxslər külli miqdarda rüşvət almaqda ittiham olunurlar. Futbol klubunun rəhbəri eyni zamanda bir sıra təchizatçı şirkətlərə rəhbərlik edib.

İlkin məlumata görə, nazir müavini idman avadanlıqları almaq üçün elan edilmiş tenderdə həmin şirkətin qalib gəlməsinə kömək edib və sürücüsü vasitəsilə böyük məbləğdə rüşvət alıb.

Rüşvət aldıqdan sonra onların hər üçü tutulub. İş materialları Ermənistan MTX-nin istintaq şöbəsinə təhvil verilib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan  





Xəbər lenti