Moldovanın Bakıdakı səfiri geri çağırıldı

  05 Dekabr 2019    Oxunub : 1971
Moldovanın Bakıdakı səfiri geri çağırıldı
Moldova hökuməti üç ölkədən səfirin geri çağırılması barədə qərar qəbul edib.

Azvision.az Moldova mətbuatına istinadən xəbər verir ki, geri çağırılan səfirlər arasında Azərbaycandakı diplomatik korpusun rəhbəri Georgi Leuka da var. Bundan başqa, Portuqaliyadakı səfir Dumitru Sokolan və Estoniyadakı səfir İnqa İonese də geri çağırılıb.
Məlumata görə, G.Leuka və D.Sokolan Moldova XİN-də dövlət katibləri vəzifəsində çalışacaqlar.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Moldova   Səfir