Amerikalı hərbçi iki nəfəri öldürdü, sonra intihar etdi

Amerikalı hərbçi iki nəfəri öldürdü, sonra intihar etdi
  05 Dekabr 2019    Oxunub:3086
Amerikalı hərbçi “Pearl Harbor” bazasında silahlı insident törədib.
Azvision.az xəbər verir ki, bu barədə "Associated Press" agentliyi məlumat yayıb. İnsident nəticəsində iki nəfər ölüb, bir nəfər isə xəstəxanaya yerləşdirilib. Ölənlər mülki şəxslərdir. Atəş açan hərbçi daha sonra intihar edib. Onun şəxsiyyəti barədə hələlik açıqlama verilməyib.

Hadisə ilə əlaqədar bazanın ərazisinə giriş müvəqqəti bağlanıb. Cinayətin motivləri məlum deyil.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: ABŞ   Hərbçi  





Xəbər lenti