Suriyada ABŞ-ın cəmi 600 hərbçisi qalacaq

Suriyada ABŞ-ın cəmi 600 hərbçisi qalacaq
  05 Dekabr 2019    Oxunub:1760
ABŞ Suriyanın şimal-şərqindəki hərbi kontingentinin azaldılması və köçürülməsi prosesini başa çatdırıb.
Azvision.az xəbər verir ki, bunu ABŞ-ın Müdafiə naziri Mark Esper “Reuters”ə müsahibəsində deyib. Onun sözlərinə görə, Suriyada ABŞ-ın cəmi 600 hərbçisi qalacaq.

M. Esper qeyd edib ki, hər hansı hadisənin baş verəcəyi təqdirdə ABŞ hərbçilərinin sayını artıra bilər. Bununla belə, o, ABŞ-ın Avropa müttəfiqlərinin bölgəyə öz qoşunlarını göndərəcəyi təqdirdə Suriyadakı ABŞ qoşunlarının sayının azalacağını istisna etməyib.

Azvision.az


Teqlər: ABŞ   Suriya  





Xəbər lenti