“Qarabağda eskalasiya üçün real risk mövcuddur” - ATƏT sədri

 “Qarabağda eskalasiya üçün real risk mövcuddur” -  ATƏT sədri
  05 Dekabr 2019    Oxunub:3440
ATƏT məkanındakı münaqişələrin nizamlanması Slovakiyanın ATƏT-ə sədrliyində əsas prioritetlərindən biri olub.
Azvision.az xəbər verir ki, bunu ATƏT-in fəaliyyətdə olan sədri, Slovakiyanın xarici işlər naziri Miroslav layçak ATƏT Nazirlər Şurasının 26-cı iclasında çıxışı zamanı deyib.

O bildirib ki, Slovakiya ATƏT sədri olaraq bu il ərzində regionda mövcud olan münaqişələrin tənzimlənməsində dialoq, etimad mühitinin yaradılması üçün addımlar atıb:

“Dağlıq Qarabağ münaqişəsində vəziyyətin eskalasiyası üçün real risk mövcuddur. Biz Minsk qrupu prosesi çərçivəsində etimadın qurulması, gərginliyin azaldılması və dialoqu davam etdirmək üçün işlər görmüşük. ATƏT dialoq, etimad mühiti üçün yeni kanal aça bildi".

Pərvanə Sultanova
Azvision.az


Teqlər: ATƏT   Layçak   Qarabağ  





Xəbər lenti