Azay Quliyev ATƏT PA müzakirələrində iştirak edəcək

Azay Quliyev ATƏT PA müzakirələrində iştirak edəcək
  17 Dekabr 2013    Oxunub:917
Milli Məclisin deputatı ATƏT Parlament Assambleyasında təhlükəsizlik məsələləri və münaqişələrin həlli ilə bağlı keçiriləcək müzakirələrdə iştirak edəcək.
Milli Məclisin deputatı, ATƏT Parlament Assambleyasının (PA) siyasi məsələlər və təhlükəsizlik komitəsinin sədr müavini, Büro üzvü Azay Quliyev ATƏT PA-nın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Joao Soareşin dəvəti ilə dekabrın 17-dən 20-dək Portuqaliyanın Lissabon şəhərində səfərdə olacaq.

AzVision.az xəbər verir ki, Milli Məclisin mətbuat xidmətindən bildiriblər ki, deputat ATƏT PA-da təhlükəsizlik məsələləri və münaqişələrin həlli ilə bağlı keçiriləcək müzakirələrdə iştirak edəcək, Portuqaliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri ilə görüşəcəkdir. O, müzakirə olunan məsələlərə münasibət bildirəcək.


Teqlər:





Xəbər lenti