Ermənilər Davudoğlunu Yunanıstanda da etirazla qarşıladı

Ermənilər Davudoğlunu Yunanıstanda da etirazla qarşıladı
  17 Dekabr 2013    Oxunub:1306
AzVision.az xəbər verir ki, Yunanıstana səfər edən Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu burda da ermənilərin etiraz aksiyası ilə qarşılaşıb. Türkiyənin mətbuatının məlumatına görə, Davudoğlu Yunanıstanda İstanbul yunanlarının cəmiyyətinə baş çəkərkən yaxınlıqda bir qrup erməni etiraz aksiyası keçirib. Onlar əllərində erməni bayraqları tutaraq Türkiyə xarici siyasət idarəsinin başçısını fitə basıb, Türkiyə əleyhinə şüarlar səsləndiriblər.

Nazirin təhlükəsizliyini təmin eləmək üçün əraziyə böyük sayda polis əməkdaşı cəlb edilib.


Teqlər:  





Xəbər lenti