Milli Məclis bu gün toplanır

Milli Məclis bu gün toplanır
  17 Dekabr 2013    Oxunub:951
Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək.
AzVision.az-ın məlumatına görə, bu gün keçirilən plenar iclasının gündəliyinə 14 məsələ daxil edilib.

Gündəlikdə olan məsələlələrin əksəriyyəti mövcud qanunvericiliyə dəyişikliklərin edilməsi ilə bağlıdır.

Belə ki, "Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında" Qanuna, "Azərbaycan respublikası Milli Məclisi deputatının statusu haqqında" Qanuna, "Dövlət rüsumu haqqında", "Daşınmaz əmlakın dövlət reyestri haqqında", "Məhkəmə və hüquq-mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında", "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında", "Qeyri hökumət təşkilatları, ictimai birliklər və fondlar haqqında", "Qrant haqqında" qanunlara, eləcə də İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edilməsi nəzərdə tutulur.

Bundan başqa, "15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartı haqqında" Qanun layihəsi 2-ci oxunuşda, eləcə "Ticarətin maliyyələşdirilməsi üzrə Beynəlxalq İslam Korporasiyasının Təsis Sazişinin təsdiq edilməsi barədə" və "Azərbaycan Respublikası hökuməti ilə Koreya Respublikası hökuməti arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi haqqında Sazişin təsdiq edilməsi haqqında" Qanun layihələri müzakirəyə çıxarılacaq.

Sevinc İltifatqızı


Teqlər:





Xəbər lenti