Opera solistlərinin qala-konserti keçiriləcək

  06 Dekabr 2019    Oxunub : 2281
Opera solistlərinin qala-konserti keçiriləcək
Dekabrın 7-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Teatrın aparıcı solistlərinin iştirakı ilə "Viva Opera" adlı qala konsert keçiriləcək.
Qala konsertdə Azərbaycanın Xalq artistisləri Fidan Hacıyeva, Samir Cəfərov, Əkrəm Poladov, Əli Əsgərov, Respublikanın Əməkdar artistləri Afaq Abbasova, İnarə Babayeva, Səbinə Vahabzadə, Fərid Əliyev, Cahangir Qurbanov, İlham Nəzərov, Əliəhməd İbrahimov, İlahə Əfəndiyeva, Fəridə Məmmədova, solistlər Nina Makarova, Taleh Yahyayev, həmçinin Teatrın xor kollektivi çıxış edəcəklər.

Proqramda C.Verdi, C.Puççini, J.Bize, C.Rossini, P.Çaykovski, P.Maskanyi, Q.Donisetti, V.A.Motsart, N.Rimski-Korsakov, J.Massne və digər bəstəkarların əsərləri səsləndiriləcək.

Qala-konsertdə Opera və Balet Teatrının simfonik orkestrini Azərbaycanın Əməkdar artisti, dirijorların beynəlxalq müsabiqələrinin və "Humay" milli mükafatının laureatı, Opera və Balet Teatrının baş dirijoru Əyyub Quliyev idarə edəcək.

Azvision.az

Teqlər: Opera