Opera və Balet Teatrında “Şelkunçik” nümayiş olunacaq

P.Çaykovskinin gözəl musiqisi, monumental maraqlı səhnə tərtibatı və kostyumlar tamaşanı daha baxımlı və zəngin edir.
Tamaşalarda balet truppasının aparıcı solistləri - Əməkdar artistlər Nigar İbrahimova, Cəmilə Kərimova, Makar Ferştandt, Samir Səmədov, həmçinin gənc solistlər Timur Oduşev, Yuliya Ferştandt, Faiq Qubadov, Leyla Narimanidze, Dinara Şirinova və b. çıxış edəcəklər.
Dekabrın 25-də keçiriləcək tamaşanı Azərbaycanın Əməkdar artisti, dirijorların beynəlxalq müsabiqələrinin və "Humay" milli mükafatının laureatı, Opera və Balet Teatrının baş dirijoru Əyyub Quliyev idarə edəcək.
Dekabrın 29-da baş tutacaq tamaşanın dirijoru isə Dirijorların Antal Dorati adına beynəlxalq müsabiqəsinin laureatı Orxan Həşimovdur.
Azvision.az