Nüsrət Makqreqor və Həbibə meydan oxudu: “Döyüşə hazıram”

 Nüsrət Makqreqor və Həbibə meydan oxudu:  “Döyüşə hazıram”
  07 Dekabr 2019    Oxunub:11236
Dünyaca məşhur türk qəssab, iş adamı Nüsrət Gökcə UFC döyüşçüləri Konor Makqreqor və Həbib Nurməhəmmədova meydan oxuyub.
Azvision.az xəbər verir ki, Nüsrət "RT Sport"a müsahibəsində dəvət gələrsə, adı çəkilən idmançılarla döyüşə hazır olduğunu bəyan edib.

36 yaşlı qəssab "kimlə döyüşmək istərdiniz" sualına "Konor Makqreqor və Həbib Nurməhəmmədov ola bilər" cavabını verib:

"Əsas işim qəssablıqdır. Ancaq idmanla da məşğulam. Ona görə Konor Makqreqor və Həbib Nurməhəmmədov, ümumən hamı ilə döyüşə bilərəm. Mən hazıram. Onlara hörmət edirəm. Amma bir gün dəvət olunsam, Konor Makqreqor və Həbib Nurməhəmmədovla da döyüşə bilərəm".

Qeyd edək ki, İngiltərə mətbuatı Nüsrət Gökcənin Konor Makqreqor və Həbib Nurməhəmmədovla yaxın gələcəkdə döyüşmə ehtimalının az olduğunu yazıb.

Kənan Məmmədov
Azvision.az


Teqlər: Nüsrət   Qəssab   UFC   Həbib   Makqreqor  





Xəbər lenti