Ukraynada matəm elan olunub

  08 Dekabr 2019    Oxunub : 3194
 Ukraynada matəm elan olunub
Odessada kollecdə baş verən yanğın nəticəsində ölənlərin sayı 8 nəfərə çatıb.
Azvision.az xəbər verir ki, Odessa vilayəti polisinin yaydığı məlumata görə, yanğın zamanı 30-a yaxın insan xəsarət alıb, 8 nəfərin taleyi naməlum olaraq qalır. Hazırda kollecdə itkin düşənlərin axtarışları aparılır.

Ukrayna Prezidenti Vladimir Zelenski baş vermiş faciə ilə əlaqədar dekabrın 8-də ölkə üzrə matəm elan edilməsi haqqqında sərəncam imzalayıb.

Azvision.az

Teqlər: Ukrayna   Matəm