Premyer Liqada ilin son oyunları keçiriləcək

  08 Dekabr 2019    Oxunub : 1095
Premyer Liqada ilin son oyunları keçiriləcək
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 14-cü tura yekun vurulacaq.
Azvision.az xəbər verir ki, ilin son turunda daha üç oyun keçiriləcək.

Belə ki, "Zirə" öz meydanında "Səbail"i, "Sumqayıt" isə "Qəbələ"ni qəbul edəcək. Günün son matçında "Neftçi" "Sabah"ın qonağı olacaq.

Qeyd edək ki, bu oyunlardan sonra komandalar qış fasiləsinə yollanacaq.

Azvision.az



Teqlər: Premyer-Liqa