Üç atletimiz Avropa birinciliyində qüvvəsini sınayıb
Arxada qalan ilk yarış günündə üç atletimiz qüvvəsini sınayıb.
Körpücük üzərinə ilk olaraq yaşı 15-ə qədər olan qızlarda Aişə Əliyeva çıxıb. O, 40 kq çəki dərəcəsində qüvvəsini sınayıb. Atletimiz toplam 85 kq (36+49) nəticə ilə 6-cı yeri tutub.
Daha sonra bu yaş qrupunda Selcan Qarayeva yarışıb. O, 45 kq çəki dərəcəsində 121 kq (53+68) nəticə ilə 7-ci pillədə qərarlaşıb.
Oğlanlardan körpücük üzərinə ilk olaraq yaşı 15-ə qədər olan atletlərdə Kənan Rəhimov çıxıb. O, 49 kq çəki dərəcəsində toplam 168 kq (70+98) nəticə ilə 6-cı yeri tutub.
Azvision.az
Teqlər: Avropabirinciliyi