Cüdoçularımız Rusiyada 3 medal qazanıb

Cüdoçularımız Rusiyada 3 medal qazanıb
  09 Dekabr 2019    Oxunub:2623
Rusiyanın Sosnovıy Bor şəhərində yeniyetmə cüdoçular arasındakı ənənəvi beynəlxalq turnirin fərdi yarışlarına start verilib.
Azvision.az -ın məlumatına görə, Azərbaycan təmsilçiləri ikinci yarış günündə bir dəst medal qazanıblar. Aydın Rzayev (60 kq) qızıl, Emin Həsənov (46 kq) gümüş, Süleyman Əliyev (66 kq) bürünc medala sahib olub. Daha əvvəl Azərbaycan millisi gümüş medal əldə edib.

Qeyd edək ki, 27-ci dəfə təşkil olunan beynəlxalq turnirdə Almaniya, Rusiya, Yunanıstan, Gürcüstan, Belarus cüdoçuları da mübarizə aparır.

Azvision.az



Teqlər: Cüdo  





Xəbər lenti