Boksdan siyasətə

Boksdan siyasətə
  17 Dekabr 2013    Oxunub:1161
Bundan sonra Vitali Kliçko, diqqətini siyasətə yönəldəcək.
AzVision.az Ukrayna KİV-lərinə istinadən xəbər verir ki, Dünya Boks Şurasının (WBC) super ağır çəkidə peşəkarları arasında dünya çempionu Vitali Kliçko idman karyerasını yekunlaşdırıb.

“Mənim üçün WBC üzrə dünya çempionu adını daşımaq böyük qürur mənbəyi idi. Amma indi mənim bütün fikirlərim Ukrayna ilə bağlıdır. Hiss edirəm ki, insanların mənə ehtiyacı var” – deyə Kliçko idman ictimaiyyətinə təşəkkürün bildirib.

Vitali Kliçko, bundan sonra böyük rinqdə kiçik qardaşına dəstək olacağını bildirib. “Qardaşım Vladimir idman uğurlarımızı təmin edəcək və mən ona dəstək olacağam. O isə mənim siyasi karyerama dəstək olacaq”.

Ən nüfuzlu boks təşkilatı hesab olunan Dünya Boks Şurası isə öz növbəsində Vitali Kliçkonu fəxri çempion elan edib, onun çempionluq yeri isə hələlik boşdur.

42 yaşlı Kliçko rinqdə ümumilikdə 47 döyüş keçirib. Döyüşlərin 45-də qalib gələn Kliçko,41 qarşılaşmada rəqibini nokaut vəziyyətinə salıb.

Xatırladaq ki, buna qədər Vitali Kliçko mətbuata açıqlamasında Ukrayna prezidentliyinə namizəd olmaq barədə yekun qərara gəldiyini açıqlamışdı.

Vüqar İsmayılov


Teqlər:  





Xəbər lenti