Moskvada erməni baş həkim həbs edildi
Belə ki, Sarmosyan guya təbii doğuşu dəstəklədiyini deyərək, rəhbərlik etdiyi klinikada az sayda keysəriyyə əməliyyatı aparması ilə qürur duyduğunu bildirib. Ancaq sonradan məlum olub ki, ehtiyacı olan insanlarla belə edilməyib. Nəticədə 4 uşaq xəsarət alıb. Onlardan biri ölüb. Erməni baş həkimə qarşı “laqeydlik” və “təhlükəsizlik tələblərinə cavab verməyən xidmətlər göstərmək” maddələri ilə cinayət işi açılıb.
"Xəstəxanada keysəriyyə əməliyyatı aparmaqdan imtina edilmiş dörd zərərçəkmişin ifadələri əsasında cinayət işi açılıb və nəticədə uşaqlar doğuş zamanı xəsarət alıblar”, - deyə məlumatda bildirilib.
Moskva Səhiyyə İdarəsi Sarmosyanın baş həkim olduğu doğum evinin rəhbərliyinin tamamilə dəyişdiriləcəyini açıqlayıb.
Pərvanə Sultanova
Azvision.az
Teqlər: Moskva Həkim Həbs Erməni