Putin və Zelenski Parisdə ayrıca görüş keçirəcəklər

Putin və Zelenski Parisdə ayrıca görüş keçirəcəklər
  09 Dekabr 2019    Oxunub:2913
Rusiya və Ukrayna prezidentləri Vladimir Putinlə Vladimir Zelenski Parisdə ayrıca görüş keçirəcək.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, görüş “Normand dördlüyü” (Almaniya, Rusiya, Ukrayna, Fransa) sammitindən sonra Yelisey sarayında baş tutacaq.

Dörd ölkənin liderinin görüşü Moskva vaxtı ilə təxminən saat 18.00-da başlayacaq, bundan sonra iştirakçıların mətbuat konfransı planlaşdırılır. Danışıqların iki saat 45 dəqiqə davam edəcəyi gözlənilir.

Tədbirdən əvvəl bir sıra ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulur. Xüsusilə, Putin Almaniya kansleri Angela Merkel, daha sonra Fransa lideri Emmanuel Makronla söhbət edəcək.

"Normand dördlüyü" formatı, Donbasdakı vəziyyəti nizamlamaq üçün Almaniya, Rusiya, Fransa və Ukrayna nümayəndələrindən ibarət diplomatik bir qrupdur. Format 2014-cü ilin iyununda yaradılıb.

Pərvanə Sultanova
Azvision.az




Teqlər: Zelenski   Putin   Paris  





Xəbər lenti