ABŞ və “Taliban” sülh sazişi imzalaya bilər

ABŞ və “Taliban” sülh sazişi imzalaya bilər
  09 Dekabr 2019    Oxunub:1851
“Taliban” radikal qruplaşması və ABŞ bu həftə barışıq sazişi imzalaya və Əfqanıstanda 48 saatlıq atəşkəs elan edilə bilər.
Azvision.az xəbər verir ki, bu barədə “RİA Novosti”yə taliblərə yaxın mənbə məlumat verib.

Bazar günü “Taliban” qruplaşması bəyan edib ki, Dohada üç aylıq fasilədən sonra ABŞ ilə danışıqlar bərpa olunub.
Məlumata görə, tərəflər zorakılığın azaldılması və Əfqanıstanda münaqişə tərəfləri arasında danışıqların başlanmasına təkan verə biləcək şərtləri müzakirə ediblər.

"Gələn həftə barışıq sazişi imzalana və ilk 48 saat ərzində atəşkəs əldə oluna bilər. Həmçinin, sülh razılığı əldə edildikdən sonra “Taliban”, ABŞ və Əfqanıstan nümayəndələrinin sentyabr ayında Kemp- Deviddə bir Amerikan əsgərinin ölümünə səbəb olan terror hücumu səbəbiylə təxirə salınmış üçtərəfli görüşü bərpa oluna bilər", - deyə açıqlamada bildirilib.

Xatırladaq ki, ABŞ və “Taliban” bir neçə aydır danışıqlar aparır.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: ABŞ   Taliban  





Xəbər lenti