Ermənistan ordusunda intiharların artması qanunda dəyişikliyə səbəb oldu

 Ermənistan ordusunda intiharların artması qanunda dəyişikliyə səbəb oldu
  09 Dekabr 2019    Oxunub:1986
Ermənistan ordusunda intiharların sayının artması ilə əlaqədar bu ölkənin Cinayət Məcəlləsində dəyişikliklər edilib.
Azvision.az erməni mətbuatına istinadən xəbər verir ki, layihə ilk oxunuşda qəbul edilib.

Qanun layihəsinin həmmüəllifi, “Çiçəklənən Ermənistan” fraksiyasının deputatı Naira Zöhrabyan bildirib ki, 2018-ci ildə orduda 11, 2019-cu ildə isə artıq 15 intihar faktı qeydə alınıb.

"Kədərlisi budur ki, uzun müddətdir düşmən atəşindən daha az əsgər ölür, amma təhqir, yanlış münasibət, ordu mədəniyyətinin aşağı olması səbəbindən intihara əl atan hərbçilərin sayı daha çoxdur", - deyə Zöhrabyan vurğulayıb.

Sözügedən layihəyə əsasən, hərbi qulluqçuya hərbi hissəsinin ərazisində və ya başqa bir hərbi xidmət ərazisində hədə-qorxu gəlmək, zorakı və qəddar rəftar göstərmək, şərəf və ləyaqətini alçaltmaqla bilərəkdən intihar həddinə çatdırmağa görə, 4 ildən 14 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Ermənistan   Ordu   İntihar   Qanun   Əsgər   Ölüm  





Xəbər lenti