Müsəlman ölkəsi ermənilər üçün vizanı ləğv etdi

Müsəlman ölkəsi ermənilər üçün vizanı ləğv etdi
  09 Dekabr 2019    Oxunub:2403
Ermənistan vətəndaşları üçün Qətərlə viza rejiminin ləğvi qərarı rəsmi olaraq qüvvəyə minib.
Azvision.az “Armenpress”ə istinadən xəbər verir ki, qərara əsasən, Ermənistan vətəndaşlarına Qətər ərazisinə daxil olmağa və orada ilk giriş günündən 90 günədək qalmağa icazə verilir.

Qeyd edək ki, noyabr ayında Ermənistan prezidenti Armen Sarkisyan və Qətər əmiri Tamim bin Hamad əl-Tani arasında keçirilən görüşdə Qətərlə viza rejiminin ləğvi barədə razılıq əldə edilib. Qətər vətəndaşları üçün Ermənistan 2017-ci ildə vizanı ləğv edib.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Qətər   Viza   Erməni   Saziş   Qərar  





Xəbər lenti