Türkiyədə terror: 2 nəfər ölüb, 7 yaralı var

      Türkiyədə terror:    2 nəfər ölüb, 7 yaralı var
  09 Dekabr 2019    Oxunub:2476
Türkiyənin Şırnak şəhərinin İdil qəsəbəsində təhlükəsizlik qüvvələri əldəqayırma bombanı zərərsizləşdirməyə çalışarkən partlayış verib.
Azvision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, PKK terrorçuları tərəfindən yerləşdirilmiş bombanın partlaması nəticəsində 2 nəfər ölüb, 7 nəfər yaralanıb.

Hazırda bölgədə antiterror əməliyyatı davam edir.

Azvision.az



Teqlər: Türkiyə  





Xəbər lenti