Meksikaya gedən azərbaycanlıların sayı 20 faiz artıb

Meksikaya gedən azərbaycanlıların sayı 20 faiz artıb
  09 Dekabr 2019    Oxunub:1916
Meksikanın Azərbaycandakı səfiri Rodrigo Labardini Xəzər Universitetində olub.
Azvision.az Meksika səfirliyinə istinadən xəbər verir ki, səfir Universitetin rektoru İradə Xəlilova ilə görüşüb.

Əvvəlcə Labardini səfirliyin iki xalq arasındakı yaxınlaşmanı təşviq etmək məqsədi ilə gördüyü işlər barədə məlumat verib. Bu çərçivədə Meksika və Azərbaycandakı təhsil müəssisələri arasındakı əlaqələrin əhəmiyyətini vurğulayıb.

Görüşdən sonra səfir tələbələrin qarşısında çıxış edərək, onlara Meksikada təhsil, turizm, iqtisadi və ticari sahələrdə ikitərəfli münasibətlər haqqında məlumat verib.

O, bu il şəkər qamışı, avtomobil, dondurucu avadanlıqlar və s. kimi məhsulların Azərbaycana ixracında rekord il olduğunu qeyd edib. Bu məhsullar arasında Azərbaycana idxal olunan pivənin 12, qazma borularının 18, neft sənayesi üçün boruların 9, mühərriki 1500-3000 sm3 həcmli avtomobillərin 6 faizinin Meksikadan gətirildiyini bildirib.

Əlavə edib ki, ümumilikdə, 2019-cu ilin yanvar-sentyabr aylarında iki ölkə arasında ticarətin həcmində ən yüksək hədd qeydə alınıb və Meksika ilə Azərbaycan arasında ikitərəfli ticarət 2019-cu ildə 42,8 milyon dollara çatıb. Bu, 2018-ci ildəki ümumi ticarətdən 64.38% çox deməkdir.

Səfir iki ölkə arasında turist axınının artdığını da diqqətə çatdırıb: "Meksikaya gedən azərbaycanlı turistlərin sayı 20, Azərbaycana gələn meksikalı turistlərin sayı 9 faiz artıb".

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Meksika   Turist   Səfir  





Xəbər lenti