Uels millisinin nümayəndələri Bakıya gəldi

Uels millisinin nümayəndələri Bakıya gəldi
  10 Dekabr 2019    Oxunub:3036
"Avro-2020"nin final mərhələsində 2 qrup oyununu Bakı Olimpiya Stadionunda keçirəcək Uels milli komandasının nümayəndələri Bakıya işgüzar səfərə gəlib.
Azvision.az xəbər verir ki, nümayəndə heyətinə Uels Futbol Federasiyasının Beynəlxalq Əlaqələr Departamentinin rəhbəri Mark Evans, Komanda Əməliyyatlarının rəhbəri Amanda Smith, Tibb xidməti üzrə Sean Conelly və mətbuat katibi Sara Jones daxildir.

Uelsli qonaqlar məşqlərin keçirilmə ehtimalı olan stadionlara və komandanın məskunlaşa biləcəyi otellərə baxış keçirib, həmçinin Bakı Olimpiya Stadionunda olublar.

Uels milli komandası Avro-2020-nin A qrupunda iyunun 13-də İsveçrə, iyunun 17-də isə Türkiyə yığması ilə qarşılaşacaq. Hər iki oyun Bakı Olimpiya Stadionunda keçiriləcək.

Azvision.az



Teqlər: BakıOlimpiyaStadionu  





Xəbər lenti