UNICEF 20 illiyini ASAN-da keçirəcək

UNICEF 20 illiyini ASAN-da keçirəcək
  17 Dekabr 2013    Oxunub:1262
18 dekabr saat 15.00-da UNICEF –in Azərbaycandakı nümayəndəliyinin, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (VXSİDA) və IDEA (Ətraf Mühitin Mühafizəsi naminə Beynəlxalq Dialoq) İctimai Birliyi – Beynəlxalq Ekologiya Təşkilatının, Azərbaycan Hüquqşünasları Konfederasiyasının (AHK) birgə təşkilatçılığı ilə UNICEF – in Azərbaycandakı fəaliyyətinin 20 illiyi Xətai – ASAN Xidmət Mərkəzində qeyd olunacaq.
Tədbirdə xüsusi foto sərgi nümayiş etdiriləcək. Qeyri-adı formatda olan bu foto sərgi UNICEF – in Azərbaycandakı fəaliyyətinin 20 illik ildonümü munasibətilə hazırlanıb və təşkilatın ölkədəki əsas prioritetlərini əks etdirir.

UNICEF Azərbaycanda öz fəaliyyıtinə 1993-cü ildə başlayıb və səhiyyə, təhsil, uşaqların müdafiəsi, gənclərin sağlamlığı, inkişafı və iştirakı kimi sahələrə öz əhəmiyətli töhfəsini verib.

20-ci İldönümünün məğzi “Uşaqlar naminə Birləşək” şüarıdır və il boyu Azərbaycan hökuməti, Milli Məclis və Vətəndaş Cəmiyyətindən olan partnyorları tərəfindən bu ildönümünə həsr edilmiş silsilə tədbirlərin təşkili artıq UNICEF-in cari fəaliyyətinin bir hissəsinə çevrilib.

Keçiriləcək tədbirin açılış mərasimində UNICEF –in Azərbaycandakı Nümayəndəliyinin Rəhbəri Mark Herevard, İDEA təşkilatının layihələr üzrə rəhbəri Anara İsmayılova, VXSİDA – nın Sədri İnam Kərimov, AHK Sədri Əli Hüseynli iştirak edəcəklər.

Qeyd edək ki, bütün ASAN Xidmət Mərkəzlərinin fəaliyyətində uşaqlar da nəzərə alınıb. Valideynlərlə gələn uşaqların vaxtını daha maraqlı keçirmələri məqsədi ilə burada Uşaq əyləncə mərkəzləri, ana və uşaq otaqları yaradılıb.


Teqlər:





Xəbər lenti