Dövlət komitəsi yararsız bağçaları üzə çıxardır - FOTOLAR

Dövlət komitəsi yararsız bağçaları üzə çıxardır - FOTOLAR
  17 Dekabr 2013    Oxunub:1354
Neftçala şəhərində bir neçə məktəbəqədər tərbiyə müəssisəsində qidalanmanın dövlət standartına uyğunluğu araşdırılıb.

Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən AzVision.az-a verilən məlumata görə, yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin Salyan Ərazi İdarəsi tərəfindən Neftçala şəhərində bir neçə məktəbəqədər tərbiyə müəssisəsində qidalanmanın dövlət standartına uyğunluğu araşdırılıb.

Araşdırma zamanı müəyyən olunub ki, Neftçala şəhəri, A.Mütəllimov küçəsində yerləşən 1 saylı körpələr evi-uşaq baxçasında qidalanma ilə bağlı ümumi vəziyyət AZS 747-2013 “Təhsil müəssisələrində təhsil və tərbiyə alanların qidalanması üzrə dövlət standartı”nın tələblərinə uyğun deyil. Belə ki, müəssisənin mətbəxi standartın tələblərinə və sanitariya qaydalarına cavab verməmiş, baxçada istilik sisteminin çəkilişi davam etdiyindən otaqların yalnız ikisinin elektrik qızdırıcısı ilə qızdırıldığı və otaqlardan birində tavanın bir hissəsinin uçmuş vəziyyətdə olması müşahidə olunub. Bundan başqa verilən qidada uşaqların yaş fərqi nəzərə alınmayıb, ərzağın mənşəyini əks etdirən heç bir sənəd təqdim edilməyib.

Neftçala şəhəri, H.Əliyev prospektində yerləşən 3saylı körpələr evi- uşaq baxçasında aparılan dövlət nəzarəti nəticəsində də qidalanma ilə bağlı ümumi vəziyyətin dövlət standartına uyğun gəlmədiyi müəyyən olunub. Belə ki, azyaşlılara verilmiş qidalarda yaş fərqi nəzərə alınmayıb, qida rasionuna uyğun menyu tərtib olunmayıb, mətbəxdə ərzaq məhsullarının saxlanılması sanitariya normalarına uyğun gəlməyib.

İstifadə olunan ət və süd məhsullarının təhlükəsizliyi və keyfiyyəti ilə bağlı müvafiq sertifikatları və digər sənədlər təqdim olunmayıb.

Hər iki müəssisədə aşkar olunmuş nöqsanlarla əlaqədar müəssisə rəhbərlərinə iradnamə təqdim olunmuş və müvafiq akt tərtib olunub.

Qalereya




Teqlər:  





Xəbər lenti