“Dinamo”–“Lugano” oyunu azərbaycanlı hakimlərə tapşırıldı

“Dinamo”–“Lugano” oyunu azərbaycanlı hakimlərə tapşırıldı
  10 Dekabr 2019    Oxunub:2379
FIFA referisi Əliyar Ağayev UEFA Avropa Liqasının qrup mərhələsində keçiriləcək oyuna təyinat alıb.
Azvision.az AFFA-ya istinadən xəbər verir ki, Kiyev şəhərindəki “NSK Olimpiyski” stadionunda keçiriləcək “Dinamo”–“Lugano” (İsveçrə) oyununun baş hakimi Ə.Ağayev olacaq. Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcək. Dördüncü hakim funksiyasını Orxan Məmmədov yerinə yetirəcək.

Qeyd edək ki, “Dinamo”–“Lugano” matçı dekabrın 12-də keçiriləcək.

Azvision.az



Teqlər: AFFA  





Xəbər lenti