“AŞPA Azərbaycanda məhkəmə islahatlarını alqışlayır” - Səməd Seyidov

“AŞPA Azərbaycanda məhkəmə islahatlarını alqışlayır” -  Səməd Seyidov
  10 Dekabr 2019    Oxunub:2849
AŞPA son illər Azərbaycanın məhkəmə sistemində islahatlarla bağlı atdığı addımları alqışlayır.
Azvision.az xəbər verir ki, bunu Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov "Tvitter"də yazıb.

“Şadam ki, bir çox tənqidi məqamlara baxmayaraq, assambleya son illər Azərbaycanın məhkəmə sistemində islahatlarla bağlı atdığı addımları alqışlayır”, - deyə S.Seyidov bildirib.

Qeyd edək ki, dekabrın 9-dan 13-dək Parisdə AŞPA-nın Büro, Siyasi işlər və demokratiya, Hüquqi məsələlər, insan hüquqları və Monitorinq komitələrinin iclasları keçirilir.

Tədbirlərdə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və nümayəndə heyətinin üzvü, deputat Sabir Hacıyev iştirak edirlər.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: SəmədSeyidov  





Xəbər lenti